Bakıda 73 yaşlı kişi küt alətlə qətlə yetirilib
Nərmin Qocamanlı
Mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-cı il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.
Cinayət hadisəsi şəxsi münasibətlər zəmində baş verib.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net