Sabunçuda evlərin birindən 2100 manat pul və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Nərmin Qocamanlı
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki evlərin birindən 2100 manat pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ceyhun Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma