http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində növbəti tapşırıqlar icra olunub

09 May 2023 , 12:37
“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində növbəti tapşırıqlar icra olunub

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib.
Ümumi brifinqdən sonra pilotlarımız icra olunacaq fəaliyyətləri xəritə üzərində dəqiqləşdirib.

"Operativ Media" xəbər verir ki, təlimin növbəti günündə şərti düşmənin hava məkanına daxil olaraq müasir peyk naviqasiya sistemlərinin imkanlarından istifadə olunmaqla dağlıq ərazidə maskalanmış kiçik mobil və stasionar yer hədəflərini müəyyənləşdirmək və məhv etmək tapşırığı simulyasiya olunub.
Həmçinin orta hündürlükdə mürəkkəb döyüş manevrləri etməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq üsulları da məşq etdirilib.

Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində pilotlarımız 44 günlük Vətən müharibəsində əldə olunan döyüş təcrübəsini digər iştirakçı ölkələrin hərbi pilotları ilə bölüşür, eyni zamanda onların da təcrübələrindən faydalanırlar.
 

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu