Menyu

Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub

Nərmin Qocamanlı
Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub
1 dəq oxu

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib.

Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını edib.

Fotogalereya

Əlaqəli Xəbərlər