Menyu

Bakıda 40 yaşlı qadın qətlə yetirilib

Nərmin Qocamanlı
Bakıda 40 yaşlı qadın qətlə yetirilib
1 dəq oxu

Mayın 10-də saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib. 

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər