http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində komanda-qərargah təlimi keçirilib

11 May 2023 , 15:52
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində komanda-qərargah təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi, əməliyyat qərarlarının verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xətti vasitəsilə şərti olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Əməliyyat növbətçi hissəsinə 7.2 bal gücündə “zəlzələ baş verməsi, köhnə tikililərin və kommunikasiya xətlərinin dağıntılara və digər fəsadlara məruz qalması barədə” məlumat daxil olub.

“Məlumat”la əlaqədar Xidmətin müvafiq xilasetmə qüvvələrinin dərhal hazırlıq vəziyyətinə gətirilərək “hadisə zonasına yürüşü” təşkil edilib, həyata keçirilən operativ tədbirlər sayəsində “həyati təhlükə ilə üzləşmiş vətəndaşlar” xilas ediliblər.

Təlim zamanı diqqət əməkdaşların baş verən fövqəladə hal zamanı vəziyyətin çevik təhlili, operativ qərarvermə, qəza-xilasetmə qüvvələrinin koordinasiyası və tətbiqi üzrə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilib.

Uğurla keçirilən təlimdən sonra nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR
Qobustan qəsəbəsində yanğın baş verib

Qobustan qəsəbəsində yanğın baş verib

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu