Menyu

Şuşada ilk “Natəvan” operası təqdim edilib

Redaksiya
Şuşada ilk “Natəvan” operası təqdim edilib

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günündə ilk yaşanıb və Cıdır düzü Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb.

"Operativ Media" xəbər verir ki, Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olunub.

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıblar. Dirijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər