Menyu

Binəqədidə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Binəqədidə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan "Operativ Media"ya verilın məlumata görə, aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Teqlər:

"Binəqədidə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb"

Əlaqəli Xəbərlər