http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bakı və Sumqayıtda havaya normadan artıq tullantı atan obyektlər cərimələnib

12 May 2023 , 10:38
Bakı və Sumqayıtda havaya normadan artıq tullantı atan obyektlər cərimələnib

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Niel”, “Mega Palace", “Qızlar", “Qəbələ Xanlar”, “1955”, “Badi Səba”, “Şam bağı”, “Mirvari”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Xəzinə Palace” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Monitorinq və nəzarət tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

XƏBƏR LENTİ
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
Menyu