http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Hərbi təhsil müəssisələri rəhbərlərinin konfransı keçirilib

12 May 2023 , 18:42
Hərbi təhsil müəssisələri rəhbərlərinin konfransı keçirilib

Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev Estoniyanın Tallin şəhərində hərbi təhsil müəssisələri rəhbərlərinin 52-ci NATO Konfransında iştirak edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Baltik Müdafiə Kollecində keçirilən konfransda Estoniya Respublikasının Prezidenti cənab Alar Karis iştirakçıları salamlayaraq hərbi təhsil sahəsində inkişafın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Konfransda alyansın müttəfiq və tərəfdaş ölkələrinin hərbi təhsil rəhbərləri onlayn təhsilin hazırki və gələcək vəziyyəti mövzusunda ətraflı fikir mübadiləsi aparıblar. Bundan başqa hərbi təhsilin modernizasiya olunması, bu sahədə informasiya və kommunikasiya vasitələrindən düzgün istifadə, kurikulum və digər üsulların təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Konfrans ərzində müxtəlif mövzularda brifinqlər təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.

General-leytenant H.Piriyev bir çox təhsil müəssisələrinin rəhbərləri ilə görüşərək hərbi təhsilin inkişaf perspektivləri barədə müzakirələr aparıb.

Sonda birgə xatirə fotosu çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

XƏBƏR LENTİ
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Menyu