http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə daha 986 şəxsə iş yerlərinə göndəriş verilib

13 May 2023 , 10:31
Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə daha 986 şəxsə iş yerlərinə göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə son 4 ayda daha 986 şəxsə iş yerlərinə göndəriş verilib. 

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, onlardan 732 nəfəri artıq müvafiq vakansiyalar üzrə işlə təmin olunub və digərlərinin də işlə təminatı prosesi aparılır.

Proqram üzrə işlə təmin edilənlərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir. Bu da həmin işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla müvafiq işəgötürənlərə dəstək məqsədi daşıyır.

2020-ci ilin son aylarında icrasına başlanan proqram üzrə ötən dövrdə 683 (o cümlədən bu ilin yanvar-aprel ayları ərzində 198) işəgötürənlə əməkdaşlığa başlanıb.

Həmin işəgötürənlərlə əməkdaşlıq müqavilələri əsasında ötən dövrdə artıq 2146 nəfər işlə təmin edilib.

OXŞAR XƏBƏRLƏR
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu