http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Polis Abşeron rayonunda hüquqpozmalara qarşı tədbirlər keçirib

13 May 2023 , 11:51
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı tədbirlər keçirib

Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirləri davam etdirir. 

"Operativ Media" xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri mayın 12-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.

Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası - küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.
Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 8 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, narkotiklə əlaqəli cinayətlərə görə 3 nəfər, küçə ticarəti ilə məşğul olduqlarına görə 54, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 12, xırda xuliqanlığa görə 11, xırda talamaya görə 18, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 66 fakt aşkarlanıb, mülki axtarışa görə  34 şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 75 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 13 sürücü, dayanma-durma qaydlarının pozulmasına görə  187 fakt müəyyən edilib.

Abşeron rayonunda xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılılır.

OXŞAR XƏBƏRLƏR
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
Menyu