Menyu

Yevlaxda 6 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr götürülüb

Nərmin Qocamanlı
Yevlaxda 6 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr götürülüb

Yevlax Rayon Polis Şöbəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyatlar zamanı saxlanılan 6 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr götürülüb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış, rayon sakini Ağadur Rəhimov saxlanılıb. Onun üzərində aparılan baxış zamanı çəkisi 1 kiloqram 520 qram olan heroin aşkar edilərək götürülüb. Bundan başqa rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış silsilə tədbirlər nəticəsində daha 5 nəfər də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxslərdən heroin, güclü təsiredici xassəyə malik həblər və marixuana kimi narkotik vasitələr aşkar edilərək götürülüb. Saxlanılanlardan 4 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Fatlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Teqlər:

"Yevlaxda 6 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr götürülüb"

Əlaqəli Xəbərlər