Şəkidə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb
Nərmin Qocamanlı
Mayın 13-ü Şəki rayon sakini 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəki rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırmalarla 1998-ci il təvəllüdlü Katıf Gülməmmədlinin mayın 5-də aralarında yaranmış mübahisə zamanı atası İsmayıl Gülüyevi boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı mayın 14-də Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Katıf Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net