Son iki gündə 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının mayın 13-də və 14-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,6 kiloqrama yaxın heroin, 4,5 kiloqramdan çox marixuana, 440 qramdan çox tiryək, 400 qramdan artıq metamfetamin, 30 ədəd güclü təsiredici xassəyə malik həb və 71 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Teqlər:
"Son iki gündə 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb"