Yasamalda qəbristanlıqdan 3000 manatlıq oğurluq edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Yasamal rayonu ərazisində yerləşən qəbristanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Yasamalda qəbristanlıqdan 3000 manatlıq oğurluq edən şəxs saxlanılıb"