Menyu

Yağışlı hava sabah da davam edəcək - PROQNOZ

Nərmin Qocamanlı 406 baxış
Yağışlı hava sabah da davam edəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.

Teqlər:

"Yağışlı hava sabah da davam edəcək - PROQNOZ"

Əlaqəli Xəbərlər