Menyu

Paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində 42 yaşlı qadın itkin düşüb - FOTO

Nərmin Qocamanlı
Paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində 42 yaşlı qadın itkin düşüb - FOTO

Paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva 2021-ci ilin iyun ayında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. 

Onun əlamətləri belədir: Boyu təxminən 156 sm., arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. 
Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. 
Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin 
(012) 454-22-22  şəhər  və  
(050) 221-16-56 ; (055) 252-22-22  mobil
nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Teqlər:

"Paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində 42 yaşlı qadın itkin düşüb - FOTO"

Əlaqəli Xəbərlər