http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Yanvar-aprel aylarında 120 mindən çox “Asan İmza” sertifikatı verilib

16 May 2023 , 14:26
Yanvar-aprel aylarında 120 mindən çox “Asan İmza” sertifikatı verilib

2023-cü ilin yanvar-aprel ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 200 min 859 şəxs qəbul edilib və onlara 383 min 576 sayda xidmət göstərilib.

"Operativ Media" xəbər verir ki, bu  barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bunlardan 104 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 97 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 88,6 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

-bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

-qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

-vergiödəyicisinin fəaliyyətinin dayandırılması;

-sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;

-vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

-fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

-Asan İmza sertifikatlarının verilməsi;

-vergi ödəyicilərinə arayışların verilməsi;

-vergiödəyicisinin fəaliyyətinin bərpası;

-fiziki şəxsin uçotdan çıxarılması.

Həmçinin yanvar-aprel ayları ərzində vergiödəyicilərindən daxil olmuş 8,9 mindən çox yazılı müraciət cavablandırılıb, 5,4 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 811 minə yaxın SMS göndərilib.

Dövr ərzində 1297 vergiödəyicisinin iştirakı ilə 97 görüş keçirilib, 1695 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.

Yanvar-aprel aylarında ümumilikdə 79 min 449 müraciət üzrə 120 min 161 “Asan İmza” sertifikatı verilib. Beş minə yaxın

vergiödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu