http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN-in Akademiyasında Qətər Dövlətinin zabitləri üçün kurslar təşkil olunub

16 May 2023 , 15:14
FHN-in Akademiyasında Qətər Dövlətinin zabitləri üçün kurslar təşkil olunub

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Qətərin uyğun dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində mayın 15-dən etibarən FHN-in Akademiyasında Qətər Dövlətindən olan bir qrup zabit üçün fövqəladə halların idarə olunması ilə bağlı təlim kurslarına start verilib.

"Operariv Media" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Mayın 27-nə qədər davam edəcək kurslarda Qətərdən olan 10 zabit iştirak edir.

Kursların təşkilində məqsəd müxtəlif xarakterli fövqəladə hadisələr zamanı idarəetmə, qərarların qəbulu və icrasının təşkili, qəbul olunmuş planların reallaşdırılmasının təhlili və fövqəladə hallarla mübarizə üzrə digər istiqamətlərdə qətərli zabitlərin bilik səviyyəsinin yüksəldilməsidir.

Qeyd edək ki, kurslar nəzəri və praktiki hissələrdən ibarət olmaqla Akademiyanın peşəkar pedaqoji heyəti tərəfindən təqdim edilir. Kursları müvəffəqiyyətlə başa vurmuş zabitlərə müvafiq beynəlxalq sertifikat veriləcək.

Kurslar 2014-cü il oktyabrın 20-də Doha şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən təşkil olunub.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
Menyu