Menyu

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Mayın 16-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən "Operativ Media" verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 132, o cümlədən borclu şəxs qismində axtarışda olan 115 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün yol qəzalarında 3 nəfər ölüb"

Əlaqəli Xəbərlər