http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Birinci rübdə banklar arasında 6,8 milyard manatlıq 671 ədəd əqd bağlanıb

17 May 2023 , 10:24
Birinci rübdə banklar arasında 6,8 milyard manatlıq 671 ədəd əqd bağlanıb

Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi və davamlı təkmilləşdirilməsi pul bazarında aktivliyin artması ilə müşayiət olunur.

"Operativ Media" Mərkəzi Bankın 2023-cü ilin yanvar-mart ayları üzrə Pul Siyasəti icmalına istinadla xəbər verir ki, birinci rübdə “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 6,8 milyard manat məbləğində 671 ədəd əqd bağlanıb. Bu əməliyyatların 94 faizi 1-3 günlük olub. Pul bazarındakı əməliyyatlar üzrə faizlər Mərkəzi Bankın faiz qərarlarına reaksiya verməkdədir. Belə ki, verilən pul siyasəti qərarlarının təsiri ilə “Blumberq” ticarət sistemində 1 günlük əməliyyatlar üzrə orta faiz martda ötən ilin sonu ilə müqayisədə 1,07 faiz yüksəlib.

Hesabat dövründə təminatlı pul bazarı seqmentində də fəallıq müşahidə olunub. Belə ki, rüb ərzində banklararası REPO bazarında 729 milyon manat həcmində 111 əqd bağlanıb. Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində istifadə olunmaqla banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərib. Birinci rüb ərzində banklararası REPO əməliyyatlarının say baxımından 39 faizi, həcm baxımından isə 17 faizi Mərkəzi Bankın notları əsasında bağlanıb.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu