Menyu

Marşrut avtobusunda qadının çantasından oğurluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Marşrut avtobusunda qadının çantasından oğurluq edən şəxs tutulub

Nizami rayonunda marşrut avtobuslarının birində qadının çantasından oğurluq edən şəxs tutulub.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Teqlər:

"Marşrut avtobusunda qadının çantasından oğurluq edən şəxs tutulub"

Əlaqəli Xəbərlər