http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sahibə Qafarova Belarus Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb

17 May 2023 , 14:27
Sahibə Qafarova Belarus Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski və Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç ilə görüşüb.

Milli Məclisdən "Operativ Media"ya verilən xəbərə görə, Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclasında iştiraklarına və iclasda söylədikləri səmimi sözlərə görə hər iki vitse-spikerə minnətdarlığını bildirib.

Qonaqlar bu əlamətdar iclasa dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər. Qeyd olunub ki, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin əziz xatirəsi Belarusda da böyük ehtiramla yad edilir.

Söhbət zamanı Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin dövlətçilik təcrübəsi barədə danışılıb, onun Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər xüsusi vurğulanıb.

Bildirilib ki, Ulu Öndər həm keçmiş Sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana böyük uğurla rəhbərlik edib. Azərbaycan xalqı onun müstəqilliyini əbədi və dönməz edən böyük oğlunun xatirəsini həmişə ehtiramla yad edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən regional və beynəlxalq layihələr bu gün də öz bəhrəsini verməkdədir. Ulu Öndərin müəyyən etdiyi yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımlar atılır.

Söhbət zamanı ölkələrimizin parlamentlərarası əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi qeyd olunub, bu baxımdan parlament dostluq qruplarının əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu