Rəşad Nəbiyev Ağcabədidə vətəndaşları qəbul edib
Nərmin Qocamanlı
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağcabədidə vətəndaşları qəbul edib.
"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, qəbulda Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının sakinləri iştirak ediblər.
Vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net