Ötən gün 17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının mayın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN mətbuat xidmətinən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,3 kiloqramdan artıq heroin, 10 kiloqramdan çox marixuana, həmçinin 245 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Teqlər:
"Ötən gün 17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb"