Menyu

Qubada polis “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirib 

Nərmin Qocamanlı
Qubada polis “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirib 

Bu gün Quba Rayon Polis Şöbəsinin Dövlət  Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində "Təmiz hava" aylığı ilə bağlı  tədbir keçiriblər.  

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, texniki ranasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.

Yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.

YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır.

Teqlər:

"Qubada polis “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirib "

Fotogalereya

Əlaqəli Xəbərlər