Əmək müqavilələrinin sayı son beş ildə 34 % artıb
Nərmin Qocamanlı
Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan verir.
ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında da ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 17,4 min müqavilə və ya 1 faiz artaraq 1 milyon 763 min 669-a çatıb.
Ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında mütəmadi artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. 2023-ci ilin yanvar-aprel aylarında əməkhaqqı fondunda daha 8,5 faiz artım qeydə alınıb.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net