19 May 2023, 10:50
Qeyri-neft məhsullarının ixracı 21,2 % artıb
Bu ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,2% artaraq 1 mlrd. 187,2 mln. dollar təşkil edib.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında bildirib.
"Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının getdikcə artması iqtisadiyyatın şaxələnməsinin mühüm göstəricilərindən biridir", - nazir qeyd edib.