http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

30 il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

19 May 2023 , 11:48
30 il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.
 
"Operativ Media" xəbər verir ki, Prokurorluq və Daxili işlər orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramovun qeyd edilən tarixdə Fikrət İbrahimovun yaşadığı evə gələrək odlu silahdan 2 dəfə atəş açaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində  saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub

AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub

Rövşən Rüstəmov: Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər

Rövşən Rüstəmov: Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

XƏBƏR LENTİ
  • 11:20

    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
  • 11:05

    Rövşən Rüstəmov: Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
  • 11:03

    İranın energetika naziri Rusiyaya səfər etməyi planlaşdırır
  • 10:54

    Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
Menyu