http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün şərtlər yenilənib

19 May 2023 , 12:08
Müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün şərtlər yenilənib

Miqrasiya Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün əsas olan halların sırasına yeni hal əlavə edilib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat mərkəzindən "Operativ Media"ya bildirilib ki, nominal dəyəri azı 100 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə biləcəklər.

Qanuna edilmiş yeni dəyişikliklə, həmçinin Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən müvəqqəti yaşama icazələri əldə etmək üçün şərtlər yenidən müəyyən edilib. Belə ki, dəyişikliklərdən öncə əcnəbi Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə bilərdisə, yeni qanun qüvvəyə mindikdən sonra Azərbaycanda təsis edilmiş və ödənilmiş nizamnamə kapitalı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət edə bilər.

OXŞAR XƏBƏRLƏR
Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Bu gündən Azərbaycanda internetin qiyməti artırılıb

Bu gündən Azərbaycanda internetin qiyməti artırılıb

XƏBƏR LENTİ
  • 11:34

    Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb
  • 11:31

    Məhkəmə “Emiland” şirkətini cərimələyib
  • 11:27

    Prezident İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıb
  • 11:25

    3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbərlər təyin edilib
  • 11:20

    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
Menyu