Azərbaycandakı Türkiyə vətəndaşları səs verirlər
Redaksiya
Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb.
"Operativ Media" xəbər verir ki, bu gün səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb.
Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.
Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır.
Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net