Menyu

Tovuzda  itkin düşən şəxs axtarılır

Nərmin Qocamanlı
Tovuzda  itkin düşən şəxs axtarılır

Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara,qara və qısa saçlara malikdir, orta bədən quruluşludur.Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Teqlər:

"Tovuzda  itkin düşən şəxs axtarılır"

Fotogalereya

Əlaqəli Xəbərlər