Georgian Airways Gürcüstan prezidentini öz təyyarəsində persona non qrata elan edib
Redaksiya
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyaya uçuşları bərpa etdiyinə görə milli aviaşirkəti boykot etməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, şirkət də oxşar addım ataraq prezidentin təyyarəyə buraxılmağına məhdudiyyət qoyub:
"Xanım Salome milli aviaşirkəti boykot elan edib, biz onu persona non-qrata elan edirik və gürcü xalqından üzr istəməyincə onu təyyarəyə buraxmayacağıq”, - aviaşirkətin rəhbəri Tamaz Qayaşvili bildirib.
Teqlər:
"Georgian Airways Gürcüstan prezidentini öz təyyarəsində persona non qrata elan edib"