19 May tarixində "Yaban Bulvar"-da "Azerish LTD" və "Ilchin LTD" şirkətlərinin rəhbəri Rəşid Hüseynov və Çex Respublikası Səfirliyinin birgə təşəbbüsü ilə "Çexiya Pivə Günü" adlı tədbir keçirilib.
"Operativ Media" xəbər verir ki, tədbirdə Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek (Milan Sedláček) ilə yanaşı Azərbaycanın müxtəlif dövlət qurumlarının və 20-dən çox ölkənin Azərbaycandakı səfirləri və səfirlik əməkdaşları da iştirak ediblər.
Tədbir Çex Respublikasının səfiri Milan Sedlaçek (Milan Sedláček) və Rəşid Hüseynovun açılış nitqi ilə başladı və tədbirdə məşhur Çexiya pivələri "Prazacka" və "Budweiser", Çexiya mətbəxinin gözəl təamları təqdim olundu. Tədbir iştirakçıları tədbirdən razı qaldıqlarını məmnunluq hissi ilə bildirdilər və tədbir boyunca foto çəkilişlər olunaraq bu anları xatirələşdirdilər.