Menyu

Son iki gündə 180 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Son iki gündə 180 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının mayın 20-də və 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 188 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36,1 kiloqramdan artıq heroin, 115 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox tiryək, 35 kiloqrama yaxın metamfetamin, həmçinin 5000 ədəd güclü təsiredici xassəyə malik həb və 234 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Teqlər:

"Son iki gündə 180 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb"

Əlaqəli Xəbərlər