Menyu

Bakıda avtobuslarda cibgirlik edən daha bir şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bakıda avtobuslarda cibgirlik edən daha bir şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan cüzdanlarını oğurlaması da müəyyən olunub.

Teqlər:

"Bakıda avtobuslarda cibgirlik edən daha bir şəxs saxlanılıb"

Əlaqəli Xəbərlər