Biləcəridə 7 evdən və bir avtomobildən 30 min manatlıq oğurluq edilib
Nərmin Qocamanlı
Binəqədi rayonu Biləcəri qəsəbəsində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1222 lirə, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1222 lirə, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net