Menyu

Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 51,5 faiz artıb

Nərmin Qocamanlı
Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 51,5 faiz artıb

Bu il Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 51,5 faiz artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, yanvar-aprel aylarında iki ölkənin ticarət dövriyyəsi 848,5 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə bir yarım dəfə çoxdur.

Qeyd edək ki, Gürcüstan Rusiyaya şərab, ferroərinti, avtomobil, mineral su satır.

Rusiyadan Gürcüstana isə neft məhsulları, qaz, buğda, un və şüşə qablar daşınır.

Teqlər:

"Gürcüstan Rusiya arasında ticarət dövriyyəsi 51 5 faiz artıb"

Əlaqəli Xəbərlər