Özbəkistan tərəfindən barəsində axtarış elan edilən şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib
Redaksiya
Özbəkistan Respublikasında dələduzluq əməlini törətməkdə təqsirləndirilərək, 2021-ci ildən etibarən həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş, 1979-cu il təvəllüdlü Tacikistan Respublikasının vətəndaşı Saodat Mahmudovanın verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Prokurorluqdan "Operativ Media"ya bildirilib ki, Saodat Mahmudova cari ilin fevral ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.
Teqlər:
"Özbəkistan tərəfindən barəsində axtarış elan edilən şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib"