https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

AQTA 189 aptekdə yoxlama aparıb

23 May 2023 , 13:15
AQTA 189 aptekdə yoxlama aparıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 189 aptekdə yoxlama aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 183-ü planlı, 6-sı isə plandankənar olub. Nəzarət tədbirləri zamanı 128 aptekdə uyğunsuzluq aşkar edilib. Uyğunsuzluq aşkarlanan apteklərdən 109-da sanitar norma və qaydalara əməl olunmaması, 3-də malların satışı zamanı mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, 12-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulunun satışı, 14-də sözügedən məhsulun etiket məlumatlarının qanunvericiliyin tələblərinə cavab verməməsi, 4-də isə qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Həmçinin apteklərdən 18-də bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 12-də həmin məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərarlar qəbul olunub. Yoxlama zamanı 61 aptekin nəticəsi qənaətbəxş olub.

Həmçinin cari il ərzində bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 223 aptekdə monitorinq aparılıb. Monitorinq həyata keçirilən apteklərdən 1-də qida təhlükəsizliyi sertifikatı olmayan, 5-də Azərbaycan dilində markalanmayan, 2-də içlik vərəqində qeyd edilən saxlama müddəti ilə üzərində göstərilən saxlama müddəti müxtəlif olan, 3-də etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilən, 1-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkarlanıb. Həmin məhsulların satışdan kənarlaşdırılması ilə bağlı aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Eyni zamanda, nəzarət tədbirləri zamanı bir sıra idxalçılar tərəfindən ölkəyə gətirdikləri bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatı aldıqdan sonra etiketində qanunvericiliyə zidd olaraq müvafiq dəyişikliklər edildiyi müəyyən olunub. Belə ki, istifadə təlimatında qanunvericiliyin tələbləri pozularaq “Nes Group” MMC və “Esam Ltd” MMC tərəfindən idxal edilən müvafiq məhsulların müxtəlif xəstəliklərin kompleks müalicəsində və proflaktikasında istifadə olunan preparat kimi qeyd edildiyi aşkarlanıb. Həmçinin yaşı 7, 12 və 18-dən yuxarı olan şəxslər üçün nəzərdə tutulan bəzi məhsulların istifadə təlimatında və qablaşdırılması üzərində dəyişikliklər edilərək, “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” yazıldığı aşkar olunub.

Faktlarla əlaqədar müvafiq tədbirlər görülüb, eləcə də məhsulların dövriyyəsinin dayandırılması və satış obyektlərindən geri çağrılması ilə bağlı qərarlar qəbul edilib.

Yoxlamalar zamanı nöqsan aşkar edilən apteklər, həmçinin bioloji aktiv qida məhsullarının etiket və istifadə təlimatlarında qeydə alınan uyğunsuzluqlarla linkdən tanış ola bilərsiniz:

OXŞAR XƏBƏRLƏR
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Nazirlik "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya start verib

Nazirlik "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya start verib

Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib

Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib

XƏBƏR LENTİ
  • 08:28

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:20

    "Sevilya" Avropa Liqasının qalibi oldu
  • 07:09

    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
  • 07:06

    İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib
  • 07:04

    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
  • 06:49

    Səudiyyə Ərəbistanında qum fırtınası həyatı iflic edib
  • 06:47

    Dünyanın ən hündür zirvəsi zibilliyə dönüb
  • 06:45

    ABŞ-da Amazon şirkətinin işçiləri ixtisarlara və ekologiyaya dəymiş ziyana görə etiraz edib
Menyu