Menyu

Şəkidə 24 şagird və 3 müəllim zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Şəkidə 24 şagird və 3 müəllim zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Şəki rayonu, Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

Hazırda araşdırma davam etdirilir.

***

14:48

Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki,  qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

Teqlər:

"Şəkidə 24 şagird 3 müəllim zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB"

Əlaqəli Xəbərlər