https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

23 May 2023 , 16:05
Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Quba və Sabirabad rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan rayonların ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 533 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.  

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3, 259.2.4 və 259.3-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

OXŞAR XƏBƏRLƏR
Toivo Klaar Bakıya səfərə gəlib

Toivo Klaar Bakıya səfərə gəlib

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Biləsuvarda keçmiş qaynanasını bıçaqlayan şəxs tutulub

Biləsuvarda keçmiş qaynanasını bıçaqlayan şəxs tutulub

XƏBƏR LENTİ
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
  • 07:11

    Türkiyədə mikroavtobus yandı, miqrantlar meşəyə qaçdı
  • 07:08

    Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
  • 07:01

    İranda itlərə qayğı göstərən din xadimi mollaların təzyiqi ilə üzləşib
  • 06:50

    Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
    Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Menyu