https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Evini sığorta etməyən vətəndaş cərimələnə bilər?

24 May 2023 , 10:32
275
Evini sığorta etməyən vətəndaş cərimələnə bilər?

"Mövcud qanunvericiliyə əsasən daşınmaz əmlakın sığorta mexanizmi ilə bağlı boşluqlar var"

Bunu “Operativ Media"ya açıqlamasında sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyib.

Ekspertin sözlərinə görə, 2011-ci il 24 iyunda daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edilsə də, icra və cərimə mexanizmi ilə bağlı məsələlər hələ də qeyri-müəyyəndir. Beləki 2011 –ci ildə müəyyən edilən və hazırda da ödənilən vəsait zərər qarşılığında vətəndaşa təklif olunan məbləğlə uyğun deyil. Bakı şəhərində əmlaka görə dəyən ziyanın məbləği maksimum 25 min manat müəyyən edilsə də, movcud bazar reallığında bu məbləğ xərci qarşılamır. Bu isə vətəndaşın sığortaya olan münasibətini dəyişir.

İlkin İbrahimov vətəndaşlara sığorta şirkətlərindən və yerli icra hakimiyyəti orqanlarından mesaj və zənglərə də aydınlıq gətirib. Onun sözlərinə görə, İcbari sığorta bürosu və Əmlak Məsələləri Üzrə Dövlət Xidməti mövcud qanunvericiliyə görə icraedici qurumlar deyil. Qərara əsasən sahibkarlıq subyektləri üzrə daşınmaz əmlak sığortası üzrə nəzarətedici orqan Fövqəladə Hallar Nazirliyidir. Fiziki şəxslərə məxsus daşınmaz əmlakların sığortalanması mexanizminə isə yerli icra hakimiyyəti orqanları nəzarət etməlidir. Lakin onlar da bunu edə bilməzlər. Səbəbi isə yenə boşluqların olmasıdır.

Ekspert bildirir ki, İcbari sığorta bürosu və Əmlak Məsələləri Üzrə Dövlət Xidməti üzrə elektron sistem inteqrasiya olunsa da, yerli icra hakimiyyəti orqanlarının bu sistemə çıxışı yoxdur. Nəticədə kimin evi sığortalı, kimin evi sığortalı deyilsə, bunu icra qurumu görə bilməyəcək. Bununla yanaşı cərimə protokolunun nümunəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənmədiyindən yerli icra hakimiyyəti orqanlarının əlində cərimə tətbiq edəcəyi heçbir sənəd yoxdur. Sual yaranır ki, cərimə hansı protokola əsasən tərtib olunacaq?

İlkin İbrahimov sənədsiz evlərin sığortasının məcburi olması ilə bağlı məsələyə də aydınlıq gətirib. Ekspertin sözlərinə görə, belə evlərə cərimənin tətbiq edilməsi tam qanunsuzdur və mövcud qanunvericiliyə əsaəsn mümkün deyil.
 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan BƏƏ ilə yeni investisiya imkanlarını müzakirə edib

Azərbaycan BƏƏ ilə yeni investisiya imkanlarını müzakirə edib

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

XƏBƏR LENTİ
  • 10:00

    "Sənin atan qəhrəmandır" adlı xeyiriyyə konserti baş tutub
  • 09:57

    Qeyri-sabit hava 3 iyunadək davam edəcək
  • 09:54

    DONDURMAFURSETLERİ.AZ AVTOMOBİL QAZANDIRIR!
  • 09:46

    DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 09:41

    Şirvanda çətənə yetişdirən köhnə məhkum saxlanılıb - FOTO
  • 09:34

    Xoze Mourinyo gümüş medalını azarkeşə verdi - VİDEO
  • 09:27

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:11

    Paşinyan Kişinyovda erməni icması ilə görüşdən imtina edib
Menyu