Biləsuvarda 51 yaşlı kişi qohumu tərəfindən güllələnib - YENİLƏNİB
Nərmin Qocamanlı
Qohumu tərəfindən güllələnən Biləsuvar rayon sakini Əsgər Musa oğlu Abdullayev tibbi müdaxilələrə baxmayraq ölüb.
Bu barədə "Operativ Media"ya DİN mətbuat xidmətindən məlumat verilib.
***
10:49
Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb.
Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırma aparılır.
Teqlər:
"Biləsuvarda 51 yaşlı kişi qohumu tərəfindən güllələnib - YENİLƏNİB"