https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 33 ° C

Azərbaycandan İranın daha bir şirkətinə qadağa

24 May 2023 , 16:23
Azərbaycandan İranın daha bir şirkətinə qadağa

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qiymətləndirmə apardığı İranda fəaliyyət göstərən müəssisənin təsdiqinə imtina verib.

"Operativ Media" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qeyd olunub ki, mayın 15-də İranın Bəndər Türkmən şəhərində yerləşən “Kianian Shamal” quş ayağının emalı müəssisəsinin Agentliyin mütəxəssisləri tərəfindən vizualizasiya yolu ilə qiymətləndirilməsi həyata keçirilib.

Vizual baxış zamanı müəssisədə qida obyektlərinə dair gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün “Kianian Shamal” müəssisəsinə təsdiqdən imtina verilib. Həmçinin sözügedən müəssisədə istehsal olunan məhsulların ölkəmizə idxalının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir. AQTA bir daha bəyan edir ki, təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq oluna bilər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan “ Boston Consulting Group” ilə enerji təhlükəsizliyini müzakirə edib

Azərbaycan “ Boston Consulting Group” ilə enerji təhlükəsizliyini müzakirə edib

Maliyyə Nazirliyi:  ƏDV üzrə proqnoz 18%-dən çox artırılır

Maliyyə Nazirliyi: ƏDV üzrə proqnoz 18%-dən çox artırılır

Azərbaycanın dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılır

Azərbaycanın dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılır

XƏBƏR LENTİ
  • 18:39

    MN: Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
  • 18:34

    İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlanıb
  • 18:23

    Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir
  • 18:10

    Azərbaycan “ Boston Consulting Group” ilə enerji təhlükəsizliyini müzakirə edib
  • 17:50

    Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar
  • 17:25

    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
  • 17:07

    "Qalatasaray" Belçikadan hücumçu almaq istəyir
  • 17:01

    İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Menyu