Menyu

Salyanda yol polisləri sürücülərlə profilaktik söhbətlər aparıb

Nərmin Qocamanlı
Salyanda yol polisləri sürücülərlə profilaktik söhbətlər aparıb

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.

Həmçinin polis əməkdaşları sürücülərlə izahedici söhbətlər apararaq avtomobillərin saz vəziyyətdə saxlanılması barədə tövsiyələr veriblər.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər