https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

İqtisadi Şuranın növbəti iclası keçirilib

24 May 2023 , 19:25
İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, Nazirlər Kabinetindən verilən xəbərə görə, Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari ilin ötən dövründə iqtisadi vəziyyət, qlobal və regional iqtisadi proqnozlar, Azərbaycanda 2023-cü il və ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə görülmüş işlər və icra olunmalı tədbirlər və digər cari məsələlər müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Katibliyinin hesabatı dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində mövqelərimiz atəşə tutulub

Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində mövqelərimiz atəşə tutulub

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

XƏBƏR LENTİ
  • 08:59

    Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb
  • 08:32

    Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
  • 07:11

    Türkiyədə mikroavtobus yandı, miqrantlar meşəyə qaçdı
  • 07:08

    Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
Menyu