Yük maşını velosipedçini vurub öldürüb
Nərmin Qocamanlı
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə Pirallahı-Qala yolunda baş verib. 1965-ci il təvəllüdlü İsmayılov Azər İslam oğlu idarə etdiyi “Ford Transit” markalı, 99-VY-003 dövlət qeydiyyat nişanlı avtomobil ilə Pirallahı-Qala yolu, Qala qəsəbəsi ərizisində hərəkətdə olarkən yolu keçən velosipedçi, 1979-cu il təvəllüdlü Əbilov Daməd Mirələm oğlunu vuraraq öldürüb.
Faktla bağlı Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net