Menyu

Narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Nərmin Qocamanlı
Narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

22.05.2023-cü il tarixdə “Chevrolet” markalı, 99-UD-447 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Fərid Ələkbər oğlu manevretmə qaydasını pozduğu üçün DİN BDYPİ-nin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün stasionar postunda ona saxla işarəsi verilib, lakin o, polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sonradan həyata keçirilən tədbirlər nəticəsində sürücü F.Kərimov saxlanılıb və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub. Müayinə nəticəsində F.Kərimovun narkotik vasitənin və spirtli içkinin təsiri altında olması müəyyən edilib.

F.Kərimov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati  protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.Kərimov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün inzibati qaydada həbs edilib, eyni zamanda narkotik vasitənin və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbirlərin icrasına başlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər